Azərbaycanın 3 boccia idmançısı “Intercontinental Challenger” çempionatında yarımfinala yüksəlib
Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) boccia idman növü üzrə milli komandasının üzvləri Bəhruz Mirzəyev (BC-4), Sona Ağayeva (BC-2) və Orxan Kərimov (BC-2) Xorvatiyanın Zaqreb şəhərində keçirilən “Intercontinental Challenger” çempionatında öz kateqoriyaları üzrə yarımfinala vəsiqə qazanıblar.
AMPK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarımfinalda B.Mirzəyev İspaniyadan olan rəqibi Vasile Agaçe, S.Ağayeva italiyalı Klaudia Tagra, O.Kərimov isə belçikalı Françis Rmbouts ilə qarşılaşacaq.
Yarımfinallara Bakı vaxtı ilə saat 16.30-da start veriləcək.
Qeyd edək ki, yarış “Paris-2024” Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.