Azərbaycanın 5 ayda ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələrin adları açıqlanıb
Bakı, 28 iyun, Elvin Camalov, AZƏRTAC
Yanvar-may aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələr İspaniya, Meksika və Ekvador olub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ölkəmizin İspaniya ilə ticarət dövriyyəsi 371,5 milyon ABŞ dolları, Meksika ilə 21,9 milyon dollar, Ekvador ilə 18,8 milyon dollar təşkil edib. 2020-ci ilin eyni dövrünə nisbətən İspaniya ilə ticarət dövriyyəsi artıb, Meksika və Ekvador ilə azalıb.
Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi ispandilli ölkələr sırasında da ilk üçlükdədirlər. Cari ildə İspaniyadan idxalın dəyəri 29,1 milyon dollar, Meksikadan 21,9 milyon dollar, Ekvadordan isə 18,7 milyon dollar təşkil edib. İspaniyadan idxal əməliyyatlarının dəyəri artıb, Meksika və Ekvadordan azalıb.
Beş ayda ən çox məhsul ixrac edilən ispandilli ölkələr də İspaniya, Ekvador və Meksika olub. İspaniyaya ixracın dəyəri 342,3 milyon dollar, Ekvadora və Meksika isə cüzi olub. İspaniyaya və Ekvadora məhsul ixracı artıb, Meksikaya isə azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:10]
Mərkəzi Bank: Azərbaycanda ortasəviyyəli təmərküzləşmə müşahidə olunur
- 15.10.2026 [12:06]
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb
- 15.10.2026 [12:01]