Azərbaycanın Almaniyadakı konsulluq bölməsində qəbul müvəqqəti olaraq dayandırılıb
Berlin, 16 mart, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, virusun yayılmasının qarşısını almaq məqsədilə Azərbaycanın Almaniyadakı səfirliyinin konsulluq bölməsində qəbul martın 16-dan müvəqqəti olaraq dayandırılacaq.
AZƏRTAC xəbər verir ki, səfirlik tərəfindən yayılan elanda bildirilir ki, təcili və istisna hallarda qəbul yalnız əvvəlcədən təyin olunmuş görüş vaxtında keçirilə bilər. Belə görüş üçün +4930 219 161 58 telefon nömrəsi vasitəsilə müraciət etmək mümkündür. Şəxsən iştirak tələb olunmayan konsulluq əməliyyatları ilə əlaqədar isə poçt və ya email ([email protected]) vasitəsilə müraciət etmək tövsiyə olunur. Elanda qeyd olunur ki, vətəndaşların sağlamlığı ən böyük prioritetdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin