Azərbaycanın Almaniyadakı səfirliyində “qaynar xətt” fəaliyyətə başlayıb
Berlin, 15 mart, AZƏRTAC
Yeni növ koronavirusun yayılması ilə bağlı baş verən vəziyyətlə əlaqədar Azərbaycanın Almaniyadakı səfirliyində “qaynar xətt” yaradılıb.
AZƏRTAC xəbər verir ki, Almaniya ərazisində səfərdə olan Azərbaycan vətəndaşlarına, həmçinin təcili konsulluq xidmətlərinə ehtiyacı olan bütün şəxslərə +493021916158 nömrəsi vasitəsilə “qaynar xətt”ə müraciət etmək tövsiyə olunur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin