AZƏRBAYCANIN BƏDİİ GİMNASTİKA ÜZRƏ QRUP HƏRƏKƏTLƏRİ KOMANDASI PEKİN OLİMPİADASINA VƏSİQƏ QAZANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Pekin Yay Olimpiya oyunlarına lisenziya qazanmışdır. Yunanıstanın Patras şəhərində keçirilən bədii gimnastika üzrə 28-ci dünya çempionatında Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina, Anastasiya Prasolova və Anastasiya Makarovadan ibarət Azərbaycan komandası çoxnövçülük üzrə yarışlarda 30 xal toplayaraq 10-cu yeri tutmuşdur.
Beləliklə, Pekin Olimpiya oyunlarına 3 vəsiqə əldə etmiş Azərbaycan gimnastları, ilk dəfə olaraq bu yarışlarda gimnastikanın bütün növlərində təmsil olunacaqlar.
Bundan əvvəl isə çoxnövçülük üzrə yarışlarda Aliyə Qarayeva və Dinarə Gimatova da Olimpiadada çıxış etmək hüququ qazanmışlar.
Mütləq dünya çempionu adına 35,1 xalla Rusiya gimnastları sahib olmuşlar. Gümüş medalı İtaliya (34.25 xal), bürüncü isə Belarus komandaları (33.8) qazanmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2025 [17:03]
Türkiyəli məşhur voleybolçu Rusiya klubundan ayrılıb
- 13.05.2025 [16:28]
Karlo Ançelotti: Dörd ildə 11 titul, bu, öz sözünü deyir
- 13.05.2025 [15:32]
“Real Madrid” yayda iki yeni müdafiəçi almağı planlaşdırır
- 13.05.2025 [15:25]
Macarıstan Formula 1 Qran-Prisinə ciddi hazırlaşır
- 13.05.2025 [14:46]
Azərbaycanlı məşqçi “Real Madrid”in akademiyasında olub
- 13.05.2025 [14:26]