SİYASƏT
Azərbaycanın Belçikadakı səfirliyində səsvermə davam edir
![](/files/galleryphoto/2024/1/1200x630/1707296526228734252_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17072965265416140031_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17072965262469941293_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17072965264078027660_1200x630.jpg)
Brüssel, 7 fevral, AZƏRTAC
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Belçikada yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsinin 40 saylı seçki məntəqəsində səsvermə saat 08:00-da başlayıb.
AZƏRTAC xəbər verir ki, bu seçki məntəqəsində Belçikada və Lüksemburqda daimi və ya müvəqqəti yaşayan, o cümlədən seçki günü bu ölkədə olan 18 yaşını tamamlamış, aktiv seçki hüququna malik vətəndaşlarımız səs verirlər. Səsvermə prosesi qanunvericiliyin tələblərinə uyğun qaydada, demokratik, şəffaf və ədalətli şəkildə keçirilir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel