Azərbaycanın Berndəki səfirliyində səsvermə prosesinə yekun vurulub
Vyana, 7 fevral, AZƏRTAC
Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfirliyində 16 saylı Yasamal ikinci seçki dairəsinin 51 saylı seçki məntəqəsində növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə prosesi yerli vaxtla saat 19:00-da uğurla başa çatıb.
AZƏRTAC xəbər verir ki, seçkilərdə yüksək seçici fəallığı müşahidə olunub. Seçkilər zamanı hər hansı qayda pozuntusuna rast gəlinməyib, seçki məntəqəsinin təhlükəsizliyi yerli hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana