Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyində və Dubaydakı Baş konsulluğunda “qaynar xətt” yaradılıb
Bakı, 16 mart, AZƏRTAC
COVID-19-un sürətlə yayılması ilə əlaqədar Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi və Dubaydakı Baş konsulluğu ölkədə yaşayan vətəndaşlarımız üçün “qaynar xətt” yaradıb.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, COVID-19 pandemiyası ilə əlaqədar Birləşmiş Ərəb Əmirliklərində səfirliyimizdə və Dubaydakı Baş Konsulluğumuzda bu ölkədə yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan vətəndaşları üçün 24 saat açıq olan “qaynar xətt” ( +971509710509 (Əbu-Dabi) və +971554822828 (Dubay)) yaradılıb.
Səfirlik vətəndaşlarımızdan koronavirusdan qorunmaq üçün yaşadıqları ölkələrin müvafiq dövlət orqanlarının yaydığı məlumat və tövsiyələri diqqətlə izləməyi, şəxsi gigiyena, sanitar və digər qaydalara ciddi riayət etməyi, xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadəni məhdudlaşdırmağı, insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinməyi, koronavirusa yoluxma ilə bağlı hər hansı şübhə və ya simptomlar yarandığı halda təcili tibbi müayinədən keçməyi xahiş edir.
Bununla yanaşı, səfirliyin rəsmi veb-səhifəsinə və sosial şəbəkələrdəki hesablarına müvafiq məlumatlar yerləşdirilib -https://www.facebook.com/azembassyuae/
Mütəmadi olaraq vətəndaşlarla əlaqə saxlanaraq, onlara mövcud şəraitlə əlaqədar diqqətli olmaq və təlimatlara riayət etmək tövsiyə edilir.