Azərbaycanın daha bir boksçusu II Avropa Oyunlarının səkkizdəbir finalına vəsiqə qazanıb
Minsk, 22 iyun, AZƏRTAC
“Minsk 2019” ikinci Avropa Oyunlarının ikinci günündə - iyunun 22-də digər boksçumuz Loren Alfonso Domingez də rinqə çıxıb.
AZƏRTAC xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində yarışda mübarizə aparan boksçumuz onaltıdabir finalda ukraynalı Stepan Hrekul ilə üz-üzə gəlib. Qarşılaşmada üstün oyun nümayiş etdirən boksçumuz 3:0 hesabı ilə qalib gələrək səkkizdəbir finala vəsiqəni təmin edib. Səkkizdəbir finalda təmsilçimizin rəqibi Belarus idmançısı Mixail Dauhaliavets olacaq. Bu qarşılaşma iyunun 25-də keçiriləcək.
Xatırladaq ki, ötən gün Tayfur Əliyev (56 kq), bu gün isə Lorenzo Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Cavid Çələbiyev (60 kq) ilk görüşdə qələbə qazanaraq səkkizdəbir finala yüksəliblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]