İDMAN
Azərbaycanın daha bir idmançısı V Dünya Köçəri Oyunlarında fəxri kürsüyə qalxıb
Bakı, 9 sentyabr, AZƏRTAC
Azərbaycanın daha bir idmançısı Qazaxıstanın Astana şəhərində keçirilən V Dünya Köçəri Oyunlarında fəxri kürsüyə qalxıb.
AZƏRTAC xəbər verir ki, qazaq güləşi yarışında Eyvaz Baxşıyev (60 kiloqram) həlledici qarşılaşmada qazaxıstanlı Meirzhan Bereketov ilə üz-üzə gəlib.
Rəqibinə uduzan təmsilçimiz gümüş medal qazanıb.
Daha əvvəl Elşən Dünyamalıyev (55 kiloqram) və Ülviyyə Bayramova (52 kiloqram) bürünc mükafata sahib çıxıblar.
Qeyd edək ki, sentyabrın 13-dək davam edəcək yarışlarda Azərbaycan 8 növ üzrə 54 idmançı ilə təmsil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2024 [16:24]
Dünya üçüncüsü olan Azərbaycan atıcısı: Daha yaxşı nəticə qazana bilərdim
- 09.10.2024 [16:16]
Avropa çempionatında çıxış edəcək Azərbaycan boksçuları müəyyənləşib
- 09.10.2024 [15:32]
Azərbaycan millisi Estoniya ilə oyun üçün səfərə yollanıb
- 09.10.2024 [15:25]
“Böyük Dəbilqə” turnirində iştirak edəcək Azərbaycan cüdoçuları məlum olub
- 09.10.2024 [15:21]
Azərbaycanlı dünya çempionu: Qızıl medal üçün bütün gücümü ortaya qoymuşdum
- 09.10.2024 [14:11]