AZƏRBAYCANIN DAİMİ NÜMAYƏNDƏSİ BMT-NİN İQTİSADİ VƏ SOSİAL ŞURASININ VİTSE-PREZİDENTİ SEÇİLMİŞDİR
Xatırladaq ki, BMT Baş Assambleyasının 57- ci sessiyasında keçirilmiş seçkilərdə Azərbaycan 2003-2005-ci illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına (İSŞ) Şərqi Avropa ölkələri qrupundan üzv seçilmişdir.
İqtisadi və Sosial Şura Təhlükəsizlik Şurası və Baş Assambleya ilə yanaşı BMT-nin əsas qurumlarından biridir. İSŞ beynəlxalq iqtisadiyyat, sosial inkişaf, mədəniyyət və təhsil məsələləri üzrə araşdırmalar aparır və məruzələr hazırlayır.
Azərbaycanın İSŞ-yə üzvlüyü və bu Şurada vitse-prezidentliyi bir sıra amillərə görə vacibdir. Ölkəmizin BMT-nin iqtisadi və sosial siyasətinin işlənib hazırlanmasında iştirak etmək, BMT-nin xüsusi təsisat və proqramlarının istiqamətləndirilməsində milli mənafeyi qorumaq və İSŞ-nin müxtəlif komissiya və komitələrinə seçilmək imkanlarına malik olmaq bu amillərdəndir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]