AZƏRBAYCANIN GİMNASTLARI GÜMÜŞ MEDAL QAZANDILAR
Ayla Əhmədova və Dilarə Sultanovadan ibarət qadın cütlüyü Minskdə keçirilən akrobatik gimnastika üzrə beynəlxalq turnirdə gümüş medal qazanmışdır. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, gimnastlarımız seçmə mərhələni keçərək finala çıxmış, qarışıq kompozisiyada original proqram nümayiş etdirərək ikinci yeri tutmuşlar.
Bu, qadın cütlüyümüzün dekabr ayında qazandığı üçüncü qələbədir. Ayla Əhmədova və Dilarə Sultanova bundan əvvəl Belarusun Brest və Rusiyanın Volqodonsk şəhərlərində keçirilmiş turnirlərin qalibi olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]