SİYASƏT
AZƏRBAYCANIN GÜRCÜSTANA YENİ TƏYİN OLUNMUŞ SƏFİRİ ETİMADNAMƏSİNİ PREZİDENT M.SAAKAŞVİLİYƏ TƏQDİM ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Gürcüstandakı yeni səfiri Ramiz Həsənov mayın 25-də etimadnaməsini Gürcüstan Prezidenti Mixail Saakaşviliyə təqdim etmişdir. Gürcüstan dövlətinin başçısı qonşu və dost ölkənin səfirinə fəaliyyətində uğurlar arzulamışdır.
Təqdimat mərasimində Azərbaycan və Gürcüstan arasında münasibətlərin daha da yüksəldiləcəyinə əminlik vurğulanmışdır.
Səfir Ramiz Həsənov jurnalistlərə bildirmişdir ki, görüş tanışlıq xarakteri daşıyırdı və o, Gürcüstanda Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri kimi bu gündən fəaliyyətə başlayır.