Azərbaycanın həndbol hakimləri yeni təyinat alıblar
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycanın beynəlxalq dərəcəli hakimləri kişi həndbolçular arasında Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda yarışlara təyinat alıblar.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildirilib ki, həmyerlilərimiz Vaqif Əliyev və Ələkbər Ağakişiyev Macarıstanın “Surqo KK” və Xorvatiyanın “RK Dubrava” komandaları arasında keçiriləcək oyunu idarə edəcəklər.
Matçın EHF nümayəndəsi rumıniyalı İon Serbi olacaq. Qarşılaşma oktyabrın 7-də Macarıstanda keçiriləcək.
Emil və Ernest Ağakişi qardaşları isə oktyabrın 8-də təşkil olunacaq “Beykoz BLD SK” (Türkiyə) - “HK Malmö” (İsveç) oyununa təyinat alıblar.
Türkiyədə baş tutacaq qarşılaşmada EHF-i macarıstanlı Balaş Soos təmsil edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [21:18]
52-ci Berlin Marafonunda 162 ölkədən 50 mindən çox iştirakçı yarışıb
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]