Azərbaycanın həndbol millisi Avropa çempionatının hazırlığına başlayıb
Bakı, 4 dekabr, AZƏRTAC
18 yaşadək kişi həndbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının hazırlığına start verib.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakıda bir araya gələn yığma həm fiziki, həm də texniki-taktiki plan üzrə məşq edir.
Komanda hazırlıq prosesinin ikinci mərhələsini Gürcüstanda keçəcək. Dekabrın 5-dən 12-dək davam edəcək səfər proqramına əsasən, qonşu ölkədə yoxlama oyunları da təşkil olunacaq. Milli komanda Gürcüstanın U-18 və U-16 komandaları ilə 4 görüşdə üz-üzə gələcək.
Qeyd edək ki, 18 yaşadək həndbolçuların Avropa çempionatı 2024-cü ilin avqustunda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]