Azərbaycanın hərbi qulluqçuları Moskvaya yola salınıb
Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularından ibarət bölmə aprelin 25-də Rusiyanın paytaxtı Moskva şəhərinə yola salınıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunan təntənəli parada hazırlıq və iştirak məqsədi daşıyır.