Azərbaycanın iki cüdoçusu Avropa çempionatının finalında
Bakı, 6 sentyabr, AZƏRTAC
Azərbaycanın iki cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatında finala yüksəlib.
AZƏRTAC xəbər verir ki, Vüsal Qələndərzadə (73 kiloqram) yarımfinalda gürcüstanlı Mate Beruaşvili, Süleyman Şükürov (81 kiloqram) isə ukraynalı İqor Tsurkanı məğlub edib.
Onlar həlledici qarşılaşmada, müvafiq olaraq, bolqarıstanlı Dimitar Qospodinov və gürcüstanlı Aleksandre Loladzeni sınağa çəkəcəklər.
Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Könül Əliyeva (48 kiloqram) və Fidan Əlizadə (57 kiloqram) Avropa çempionu olublar, Nizami İmranov (60 kiloqram) isə gümüş medal qazanıb. Milli komandanın 16 cüdoçu ilə təmsil olunduğu turnirə sentyabrın 8-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]