AZƏRBAYCANIN İNZİBATİ XƏRİTƏSİNDƏ YENİ RAYON
İclası komissiyanın sədri Zahid Qaralov açaraq bildirdi ki, Naxçıvan Muxtar Respublikasının Babək və Şərur rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək, mərkəzi Qıvraq qəsəbəsində olmaqla yeni Kəngərli rayonu yaradılır. Kəngərli inzibati ərazi bölgüsünə Babək rayonundan Böyükdüz, Çalxanqala və Xincab, Şərur rayonundan isə Xok, Qarabağlar, Qıvraq, Şahtaxtı, Yeni Kərki və Yurdçu kəndlərinin inzibati dairələrini əhatə edən ərazilər daxil edilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Vahid Ağahəsənov komissiyanın iclasında çıxış edərək yeni rayonun yaradılmasının zəruri olduğunu faktlarla əsaslandırdı, Ermənistanla sərhəddə yerləşən bu rayonun strateji əhəmiyyət daşıdığını bildirdi. Məsələni Milli Məclisin müzakirəsinə çıxarmaq qərara alındı.
Komissiyanın iclasında qarşıdakı bələdiyyə seçkilərinə hazırlıq barədə məsələ də müzakirə olundu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]