Azərbaycanın İsveçdəki səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
Stokholm, 09 may, AZƏRTAC
Azərbaycanın İsveçdəki səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə mərasim keçirilib. Mərasimdə səfirliyin əməkdaşları, Azərbaycan diasporunun və İsveç ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan səfir Adış Məmmədov ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb. A.Məmmədov bildirib ki, Heydər Əliyevin prinsipial, qətiyyətli qərarları, uzaqgörən addımları, xalqlar arasında sülh yaratmaq siyasəti bu böyük şəxsiyyətə beynəlxalq aləmdə böyük nüfuz qazandırıb. Azərbaycan xalqının ən çətin günlərində onun yanında olmuş, xilaskarlıq missiyasını uğurla yerinə yetirmiş Heydər Əliyev güclü dövlətin və vətənpərvər xalqın formalaşmasını təmin edən əsl lider idi. Ulu Öndərin apardığı siyasətin başlıca amillərini Azərbaycanın inkişafı, azadlığı və güclənməsi ideologiyası təşkil edib.
Səfir çıxışının sonunda vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin güclü təməllər üzərində qurduğu Azərbaycan dövləti onun siyasətini böyük əzmlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edir və çiçəklənir.
Sonda Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]