Azərbaycanın ixrac etdiyi pambıq ipliyinin həcmi və dəyəri 3 dəfəyədək artıb
Bakı, 31 mart, AZƏRTAC
2026-cı ilin yanvar-fevral aylarında ölkədən 3 382,93 ton pambıq iplik ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, ixrac edilən pambıq ipliyin dəyəri 2,6 dəfə artaraq 7 milyon 319,51 min dollar olub.
Xatırladaq ki, 2025-ci ilin yanvar-fevral aylarında isə Azərbaycandan 2 milyon 830,35 min dollar dəyərində yəni, 1 119,48 ton pambıq iplik ixrac edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:37]
AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək
- 30.09.2026 [15:35]
Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək
- 30.09.2026 [15:10]
® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır
- 30.09.2026 [15:09]
Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək
- 30.09.2026 [14:54]
Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır
- 30.09.2026 [14:31]