Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərbaycanın kosmik fəzada yeri – Bakı 74-cü Beynəlxalq Astronavtika Konqresi” mövzusunda sərgi

Vyana, 25 avqust, AZƏRTAC

BMT-nin Vyana bölməsində oktyabrın 2-dən 6-dək Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə həsr edilmiş sərginin açılışı olub.

AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyi və BMT-nin Vyana bölməsi yanında daimi nümayəndəliyinin, BMT-nin Kosmik Məsələləri İdarəsi, Beynəlxalq Astronavtika Federasiyasının və Azərbaycan Dövlət Kosmik Agentliyi - “Azərkosmos”un birgə səyi nəticəsində baş tutub.

Rəsmi açılış mərasimində çıxış edən Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfiri, BMT-nin Vyana şəhərindəki bölməsində daimi nümayəndəsi Rövşən Sadıqbəyli bildirib ki, Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresin “Qlobal Çağırışlar və İmkanlar: Kosmosa şans verin” mövzusu qarşıdan gələn konqresin məqsədlərini və gözlənilən nəticələrini aydın şəkildə ümumiləşdirir. Bu, kosmik sənaye və dövlət rəsmiləri, alimlər və tədqiqatçılar, kosmos mütəxəssisləri üçün mövcud çağırışlarla əlaqədar innovativ həllər mübadiləsi aparmaq üçün sərgi və şəbəkə imkanları təmin edəcək, yeni tərəfdaşlıqların qurulmasına yol açacaqdır. Daimi nümayəndə vurğulayıb ki, Bakıda keçiriləcək konqres bəşəriyyətin elmi yenilik və innovasiyalara marağının, biliyə can atmasının təntənəsi üçün bir fürsət olacaq və kosmosun tədqiqində yeni səhifə aça biləcək.

“Azərkosmos”un Beynəlxalq Astronavtika Konqresinə hazırlıq departamentinin direktoru Rəna Cəfərova Azərbaycanın kosmosa ilk peyk çıxarmasının 10 illik yubileyi və Bakı şəhərinin Beynəlxalq Astronavtika Konqresinə ev sahibi olduğu 2023-cü ildə Vyanada belə bir sərginin təşkilinə görə bütün tərəfdaşlara təşəkkürünü bildirib. Qeyd edilib ki, bu il “Azərkosmos” üçün əlamətdar hadisələrlə zəngindir. Belə ki, fevral ayının 8-də Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azerspace-1”in orbitə çıxarılmasının 10 illiyi qeyd edilib. Hazırda Azərbaycanın peyk xidmətləri Avropa, Asiya və Afrikada rəqəmsal məlumatların formalaşması və ötürülməsində mühüm rol oynayır, regional və beynəlxalq əməkdaşlıq sayəsində bu gün “Azərkosmos” xidmət coğrafiyasını genişləndirir və 44-dən çox ölkədən 200-dən artıq şirkətlə əməkdaşlıq edir.

R.Cəfərova vurğulayıb ki, 2023-cü ilin ən əlamətdar hadisəsi isə oktyabrın 2-6-da Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi olacaq. Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən Azərbaycan və onun öz multikultural mühiti, qonaqpərvərliyi ilə məşhur olan paytaxtı Bakı şəhəri dünyanın müxtəlif ölkələrindən ümumilikdə 6 min nümayəndəni ilin kosmik tədqiqatlarla bağlı ən mühüm tədbirində iştirak üçün gözləyir.

Xarici işlər nazirinin müavini Fariz Rzayev çıxışında bildirib ki, Azərbaycan hələ 1973-cü ildə 24-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib və bu il 100 illik yubileyi qeyd olunan Ulu Öndər Heydər Əliyev Azərbaycanın bütün sahələrdə olduğu kimi, kosmik tədqiqatlar sahəsində inkişafına da xüsusi diqqət ayırıb. Məhz onun siyasi səriştəsi və uzaqgörənliyi nəticəsində Azərbaycan ötən əsrin 90-cı illərində parçalanmaq təhlükəsi altında olan, müharibənin viran etdiyi və bir milyon qaçqına malik ölkədən regionun ən inkişaf etmiş dövlətinə çevrilə bilib və bu gün həmin siyasi kursu davam etdirən Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan artıq kosmik fəzanı fəth edən ölkələr sırasında yer alır. Eyni zamanda, qeyd edilib ki, Azərbaycanın kosmik fəza sahəsində əldə etdiyi təcrübə və uğurlar işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması istiqamətində müvəffəqiyyətlə tətbiq edilir.

BMT-nin Kosmik Fəza Məsələləri İdarəsinin direktor vəzifəsini icra edən Niklas Hedman çıxışında kosmik fəzanın tədqiqinin və kosmik texnologiyaların əhəmiyyətindən bəhs edib. Müasir həyatımızı həmin texnologiyalarsız təsəvvür etməyin mümkünsüz olduğunu diqqətə çatdıran Niklas Hedman kosmik tədqiqatlar sahəsində ən yeni elmi araşdırmalar, texnoloji yenilik və innovasiyaların müzakirə ediləcəyi konqresin Bakıda təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

Beynəlxalq Astronavtika Federasiyasının keçmiş Prezidenti Paskal Ehrenfreund isə məhz 50 il sonra Bakının növbəti dəfə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsini böyük simvolik əhəmiyyətə malik hadisə kimi qiymətləndirib. O, Bakını Şərqlə Qərb, Şimalla Cənub arasında siyasi, mədəni və iqtisadi körpü adlandıraraq Azərbaycanın kosmik fəzanın tədqiqində əldə etdiyi uğurları təqdir edib.

BMT-nin Vyana ofisinin İcraçı direktoru adından tədbirdə iştirak edən Jan-Luk Lemahyu Azərbaycanın kosmik sahədə gördüyü işlərə, bu sahədə aparılan tədqiqatlara, elmi proqres, innovasiya və telekommunikasiya uğurlarına diqqət çəkib. Bildirilib ki, Azərbaycan peykləri hazırda dünyanın 40-dan artıq ölkəsində 100-dən çox televiziya və radio kanallarına xidmət göstərir və gələcəkdə bu imkanların daha da genişlənəcəyi gözlənilir.

Sərgidə Azərbaycanın “Azersky” peyki tərəfindən çəkilmiş dünyanın müxtəlif regionlarına aid əsrarəngiz fotolar nümayiş etdirilib və bu fotolar Azərbaycanın kosmik fəza və rəqəmsal informasiyalar sahəsində uğurlarının əyani nümayişi olub. Fotolar arasında Azərbaycanın Qarabağ bölgəsində aparılan bərpa və quruculuq işlərinin kosmosdan çəkilən şəkilləri, xüsusilə də Füzuli, Qubadlı və Şuşanın fotoları, “Zəfər yolu” avtomobil yolu və digər infrastruktur layihələrinin təsvirləri böyük maraqla qarşılanıb. Eyni zamanda, 1973-cü ildə Bakıda keçirilən 24-cü Beynəlxalq Astronavtika Konqresində Ulu Öndər Heydər Əliyevin də əks olunduğu fotolar, bu ilin oktyabrında Bakıda keçiriləcək konqresə aid foto, video və sair materiallar təqdim olunub. Vyana Təbiət Tarixi Muzeyində qorunan və Azərbaycan ərazisinə düşmüş meteoritlər (Hindarx və Yardımlı meteoritlərinin nümunələri) sərgi iştirakçılarının xüsusi marağına səbəb olub.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb

Ağstafada müəllimlər arasında yarış olub

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir