Azərbaycanın Latviyadakı səfirliyində yaradılan seçki məntəqəsində heç bir pozuntu halı qeydə alınmayıb
Riqa, 26 sentyabr, AZƏRTAC
Referendumla əlaqədar Azərbaycanın Latviyadakı səfirliyində yaradılan seçki məntəqəsində də səsvermə başa çatıb.
Səfirlikdə yaradılmış 16 saylı Yasamal II seçki dairəsinin tərkibində daxil olan 37-ci seçki məntəqəsində komissiya üzvləri tərəfindən müşahidəçilərin iştirakı ilə seçki qutuları açılıb, bülletenlər sayılıb və nəticələr Mərkəzi Seçki Komissiyasına göndərilib.
Seçki məntəqəsində heç bir pozuntu halı qeydə alınmayıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa