SİYASƏT
Azərbaycanın Macarıstandakı səfirliyində növbədənkənar prezident seçkiləri üzrə səsvermə davam edir VİDEO
![](/files/galleryphoto/2024/1/1200x630/1707303112427548094_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17073031122432031849_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1707303112356971304_1200x630.jpg)
Budapeşt, 7 fevral, AZƏRTAC
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Macarıstandakı səfirliyində yaradılmış 19 saylı Nərimanov birinci seçki dairəsinin 40 saylı seçki məntəqəsində səsvermə davam edir.
AZƏRTAC xəbər verir ki, yerli vaxtla səhər saat 8:00-da məntəqənin qapıları açıldıqdan sonra burada yaşayan, eləcə də Macarıstana qısamüddətli səfər etmiş Azərbaycan vətəndaşları səs verməyə gəlirlər. Məntəqədə seçici fəallığı çox yüksəkdir.
Məntəqə seçki komissiyasının üzvləri öz vəzifələrini yüksək dəqiqliklə yerinə yetirirlər. İndiyədək heç bir qayda pozuntusu qeydə alınmayıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt