Azərbaycanın ödəniş həllərinin beynəlxalq bazarlarda istifadəsinin genişləndirilməsi hədəflənir
Bakı, 29 iyun, AZƏRTAC
Azərbaycanın ödəniş həllərinin beynəlxalq bazarlarda istifadəsinin genişləndirilməsi hədəflənir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsullarının inklüzivliyi departamentinin direktor müavini Ramil Mahmudov “Azərbaycanın rəqəmsal maliyyə gündəliyi” mövzusunda keçirilən maarifləndirici tədbirdə deyib.
Onun sözlərinə əsasən, AMB-nin hazırladığı ödəniş həlləri ilə yanaşı, yerli banklar və fintexlərin təqdim etdiyi xidmətlərin də xarici bazarlarda istifadə imkanlarının artırılması hədəflənir: “Bu istiqamətdə müxtəlif layihələr icra olunur və onlardan biri sərhədlərarası ödənişlərin inkişafı, yəni Azərbaycanın ödəniş sistemlərinin digər ölkələrin sistemləri ilə inteqrasiyasıdır. Hesab edirəm ki, yaxın perspektivdə bu sahədə mühüm nəticələr əldə olunacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [19:00]
® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
- 07.10.2026 [16:48]
Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
- 07.10.2026 [16:43]