Azərbaycanın Özbəkistandakı səfirliyində keçirilən səsvermədə seçicilər fəal iştirak edirlər
Bakı, 7 fevral, AZƏRTAC
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Özbəkistandakı səfirliyində yaradılan seçki məntəqəsində də səhər saatlarından seçici fəallığı müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, Daşkənd şəhəri və ətrafında yaşayan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları etibarlı pasportunu məntəqə seçki komissiyasına təqdim etməklə səsvermədə iştirak edirlər.