Azərbaycanın paralimpiya çempionu “Paris-2024”də mübarizəyə başlayır
Bakı, 3 sentyabr, AZƏRTAC
Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın bir təmsilçisi mübarizəyə qoşulacaq.
AZƏRTAC xəbər verir ki, T13 kateqoriyasında çıxış edən paraatlet Lamiyə Vəliyeva qüvvəsini sınayacaq.
“Tokio-2020” Yay Paralimpiya Oyunlarının qızıl və gümüş mükafatçısı 100 metr məsafəyə qaçışda finişə hamıdan tez çatmağa çalışacaq. Yarışın təsnifat mərhələsi Bakı vaxtı ilə saat 13:04-da start götürəcək.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 2 qızıl, 1 gümüş və 1 bürünc medal var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]
Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər
- 10.06.2026 [12:50]
“Şəfa” klubu növbəti transferini reallaşdırıb
- 10.06.2026 [12:43]