Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın qaçqın və məcburi köçkün qadınlarının problemləri Avropa Şurasında qaldırılıb

Azərbaycanın qaçqın və məcburi köçkün qadınlarının problemləri Avropa Şurasında qaldırılıb

Strasburq, 26 aprel, AZƏRTAC

Qaçqın və məcburi köçkün qadınların vəziyyəti, cəmiyyətin bu həssas təbəqəsinə münasibət Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında müzakirəyə çıxarılan ayrıca məruzədə ətraflı təhlil edilib.

Avstriyalı deputat Vurn Giselanın hazırladığı “Qaçqın və məcburi köçkün qadınların gender əsaslı zorakılıqlardan qorunması” adlı həmin məruzə ilə bağlı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov fikirlərini bildirərək deyib: “1990-cı illərin əvvəllərində Azərbaycan qaçqın düşərgələrindəki həyatla bağlı yazı hazırlamaq istəyən amerikalı jurnalist Beti Bleyer qaçqın və məcburi köçkün uşaqlara birdəfəlik istifadə üçün nəzərdə tutulmuş çoxlu fotokameralar paylayıb və xahiş edib ki, onlar öz çətin həyatlarının ən təsirli hesab etdikləri səhnələrini çəksinlər. Həmin fotolardan biri məni son dərəcə təsirləndirdi. Uşaqlardan biri iri planda anasının qabarlı əllərini çəkmişdi. Foto məni o qədər riqqətə gətirdi ki, həmin qaçqın düşərgəsinə gedərək çox namünasib şəraitdə, yayın qızmarında, qışın soyuğunda düzənlik bir ərazidə çadırda yaşamağa vadar qalmış həmin ailəni, o qadını tapdım.

Ermənistan ona dəstək verən qüvvələrin köməyi ilə Azərbaycan ərazisinin 20 faizini zəbt edib. Bir milyon qaçqını və məcburi köçkünü olan Azərbaycan 1990-cı illərin əvvəllərində müstəqilliyinin mübarizəli, problemli başlanğıc dövrünü və iqtisadi sıxıntılar yaşayırdı. İndi Azərbaycanda dövlətin qaçqın və məcburi köçkünlərlə bağlı həyata keçirdiyi genişmiqyaslı ardıcıl siyasət nəticəsində ölkədə qaçqın düşərgəsi qalmayıb. Onlar xüsusi inşa edilmiş nümunəvi qaçqın şəhərciklərində məskunlaşıblar. O vaxt isə vəziyyət çətin idi. Qaçqın və köçkünlərimiz çadırlara, köhnə vaqonlara, yataqxanalara sığınmağa məcbur olmuşdular. Əllərinin fotosunu gördüyüm həmin qadın tarlada çalışırdı. Mən ona yaxınlaşanda işini yarımçıq qoyub görüşməyə gəldi, əllərimi sıxdı. Sanki ən ağır fiziki əməklə məşğul olan bir kişinin kobud əllərini sıxırdım. Bu, döyənək bağlamış barmaqlar zərif qadın əllərinə qətiyyən bənzəmirdi. Onun əllərinin şəklini fotoda görəndə keçirdiyim sarsıntıdan da ağır bir hiss məni bürüdü. Bu qadın evindən-eşiyindən, doğma yurdundan didərgin salınmışdı”.

Adətən “zərif məxluq” adlandırılan qadının qaçqınlıq və məcburi köçkünlük müsibətlərini yaşayaraq çəkdiyi əzabların əslində dünyanın, insanlığın problemi olduğuna diqqət yönəldən Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib: “Dünyaya sevilmək, qayğı göstərilmək, vəsf edilmək üçün gəlmiş bu qadın insanın yaşaya bilməyəcəyi şəraitdə ömür sürməyə, səhranın ortasında, çadırda övlad dünyaya gətirməyə, uşaq böyütməyə məhkum idi. Həmin əli və ürəyi qabarlı qadınların çoxu bunca ağır şəraitə dözməyərək həyatdan erkən gedib, yaxud vaxtsız qocalıb. 25 ildir ki, Azərbaycanın yarım milyondan çox qadınının üstündə qaçqın, məcburi köçkün damğası var. Təbii ki, indi Azərbaycan dövləti onlar üçün normal yaşam şəraiti yaradıb. Lakin bu qadınlar hələ də qaçqınlıqdan, məcburi köçkünlükdən xilas ola bilməyib. Ürəkdəki qabar yerindədir, onlar qaçqın, köçkün olaraq qalırlar, acı talelərini sürməkdə davam edirlər. Bizim hər birimiz bircə anlığa öz anamızı, bacımızı, həyat yoldaşımızı, qızımızı o qaçqın xanımların yerində təsəvvür etməyə çalışaq. Əminəm, heç bunu təsəvvür etməyə gücünüz çatmayacaq. Bu fikri özünüzə yaxın belə buraxmaq istəyəcəksiniz. Məhz buna görə də Azərbaycanda və Avropanın, dünyanın digər guşələrində qaçqın qadınlar mövcud olmaqda davam edir, məhz buna görə onların həyatındakı ən müdhiş düyün açılmır. Biz bu gün müzakirəyə çıxarılmış məruzədə qaldırılan məsələdən - qaçqın qadınları hər hansı zorakılıq hallarından müdafiə etməkdən daha əvvəl gərək hamımıza, insanlığa ləkə sayılası bir fenomenin - ümumən qaçqın qadının var olmasının əleyhinə səsimizi qaldıraq”.

Deputat Rafael Hüseynov yalnız Azərbaycandakı deyil, Avropada və dünyadakı bütün qaçqın və məcburi köçkün qadınların bu ağır dərdinə çarənin yalnız haqq, ədalət sevən insanların birgə səyləri olduğunu vurğulayaraq fikrini bu sözlərlə yekunlaşdırıb: “Əgər hamımızın bu yolda sözümüz bir, iradəmiz vahid, mübarizəmiz müştərək olsaydı, bu müşkül görünən problem çoxdan həllini tapardı. Nə qədər bu böyük dərd hələ də həllini tapmayıb, nə qədər əzablara məruz qalan qaçqın qadınlarımız var, nə qədər biz bu yolda vicdanımızı rahat edəcək kəsərli iş görməmişik, onda yenə dönə-dönə özümüzə sual verək: haqları hər addımda tapdanan qaçqın qadın bilavasitə bizim anamız, bacımız, həyat yoldaşımız, qızımız olsaydı, nə edərdik?”

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baki Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO