AZƏRBAYCANIN QARŞISINDA ÇOX GÖZƏL PERSPEKTİVLƏR VAR
AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin ikinci müşavirəsində söyləmişdir. O demişdir ki, Bakı–Tbilisi–Ceyhan neft kəmərinin işə düşməsi, onun ardınca Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi, ondan sonra digər əhəmiyyətli layihələrin həyata keçirilməsi, o cümlədən Qars-Tbilisi-Bakı dəmir yolunun tikintisi, Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını müəyyən edir və bundan sonra uzun illər ərzində, onilliklər ərzində Azərbaycanın iqtisadi potensialını gücləndirən amillərdir.
Hazırda Azərbaycanın iqtisadi cəhətdən özünü təmin etdiyini, keçmişdə qonşularla və MDB-nin digər ölkələri ilə müqayisədə ən az xarici yardım alan ölkənin həmişə Azərbaycan olduğunu söyləyən Prezident demişdir ki, bütün bu çətinliklərə baxmayaraq, biz öz ölkəmizi inkişaf etdirə bilmişik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]