AZƏRBAYCANIN QƏDİM TARİXİNƏ HƏSR OLUNMUŞ ELMİ-NƏZƏRİ KONFRANS
Gənclər, İdman və Turizm Nazirliyi yanında Gənclərin problemlərinin öyrənilməsi mərkəzində “Azərbaycan dünya sivilizasiyasının qədim mərkəzlərindəndir” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Konfransın keçirilməsindən əsas məqsəd gənclərin diqqətini Azərbaycanın qədim tarixinin öyrənilməsinə yönəltmək, habelə qədim memarlıq və mədəniyyət abidələrinə malik ölkəmizi turizm mərkəzi kimi təbliğ etməkdir.
Elmi tədqiqat institutları alimlərinin, gənc tədqiqatçıların və tələbələrin iştirak etdikləri konfransda 20-dən çox məruzə dinlənilmişdir.