Azərbaycanın şahmat yığması Avropa çempionatında Ermənistanı məğlub edib
Bakı, 3 noyabr, AZƏRTAC
Yunanıstanın Krit adasında şahmat üzrə Avropa komanda çempionatının 6-cı turu keçirilir.
AZƏRTAC xəbər verir ki, bu turda Azərbaycan yığması Ermənistan millisi ilə qarşılaşıb. Azərbaycan millisi rəqibini 2.5:1.5 hesabı ilə məğlubiyyətə uğradıb.
Ağ fiqurlarla oynayan Teymur Rəcəbov 52-ci gedişdə Sergey Movsesyanı, Rauf Məmmədov isə 92-ci gedişdə Qrant Melkumyanı məğlub edib. Şəhriyar Məmmədyarov isə Levon Aronyana uduzub. Komandamızın digər üzvü Arkadi Naydiç isə erməni rəqibi Qabriel Sarqsyanla heç-heçə edib.
Altı turdan sonra Azərbaycan yığmasının hesabında 9 xal var və komandamız Xorvatiya ilə 3-4-cü yerləri bölüşür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]
Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək
- 28.09.2026 [12:39]