Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın sosial sığorta sistemi sürətli inkişaf yolundadır

Bakı, 1 iyul (AZƏRTAC). Azərbaycanın müstəqilliyinin ilk illərində yaranan sosial sığorta sistemi sovet pensiya təminatına oxşar bir sistem kimi fəaliyyət göstərirdi.

Azərbaycan Prezidentinin 1992-ci il 30 sentyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Pensiya Fondu və Sosial Sığorta Fondu birləşdirilərək Dövlət Sosial Müdafiə Fondu formalaşdırıldı.

1997-ci ilədək Fond sosial sığorta sahəsində fəaliyyətini Azərbaycan Respublikasının müvafiq qərarları ilə həyata keçirirdi. Həmin il fevralın 18-də qəbul edilmiş “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda ilk dəfə olaraq sosial sığortanın fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat forması olduğu müəyyən edilmişdir. Onun iki formada, yəni, məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında çıxış etdiyi təsbit olunmuşdur. Sosial sığorta sistemində sosial sığorta hadisələri sosial sığorta ödəmələrinin növlərini müəyyənləşdirmişdir.

Keçən dövr ərzində sosial sığorta ödəmələrinin tərkibində müəyyən dəyişikliklər edilmiş, sığorta prinsiplərinə əsaslanmayan ödəmələr bu tərkibdən çıxarılmışdır.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta fondlarını idarə edən hüquqi şəxslərin sığortaçı olmaq hüququ qanunvericiliklə təsbit olunmuş və Azərbaycan Respublikası Prezidentinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 7 aprel tarixli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı olaraq müəyyən edilmişdir.

Sosial sığorta sistemində Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun surətdə yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər sığortaedənlər hesab olunurlar.

Ölkədə sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama proseduralarının sadələşdirilməsi məqsədi ilə Azərbaycan Prezidentinin “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi ilə təşkilinin təmin edilməsi tədbirləri haqqında” 2007-ci il 25 oktyabr tarixli Sərəncamı ilə 2008-ci il yanvarın 1-dən sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi tətbiq olunmağa başlanılmışdır. Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə vahid dövlət qeydiyyatı orqanı Vergilər Nazirliyi müəyyən edilmişdir.

“Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının “bir pəncərə” prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli Qanunu ilə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilərək kommersiya hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filiallarının, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçotunun Vergilər Nazirliyinin təqdim etdiyi uçot məlumatları əsasında aparılması təsbit olunmuşdur.

Qanunvericilikdə edilmiş dəyişikliklərə uyğun olaraq “Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu arasında sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatı, vergi və sosial sığorta uçotu məlumatlarının mübadiləsinə dair imzalanmış razılaşmaya əsasən “bir pəncərə” prinsipi ilə vahid dövlət qeydiyyatı orqanında qeydiyyatdan keçən sahibkarlıq fəaliyyəti subyektlərinin məcburi dövlət sosial sığortası sistemində uçotuna dair zəruri olan məlumatların Vergilər Nazirliyi tərəfindən toplanılması və elektron formada Dövlət Sosial Müdafiə Fonduna ötürülməsi təmin edilir. Sahibkarlıq fəaliyyəti subyektlərinə bank hesablarının açılması əməliyyatları da avtomatlaşdırılmış qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən həyata keçirilir və sığortaedənlərin bank hesabları barədə məlumatlar elektron formada Dövlət Sosial Müdafiə Fonduna ötürülür.

Bu tədbir sahibkarlıq fəaliyyəti subyektlərinin biznesə başlama prosedurlarının yaxşılaşdırılması məqsədi ilə dövlət qeydiyyatına alınması və sosial sığorta uçotu məlumatlarının onların iştirakı olmadan mübadiləsi istiqamətində atılmış mühüm addımdır.

Hazırda məcburi dövlət sosial sığortası sistemində 339 mindən çox sığortaedən uçota alınmışdır ki, bunun da 77,5 mini hüquqi şəxs, 165,1 mini sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və 96,4 mini isə torpaq pay mülkiyyətçi statusuna malikdir. Hüquqi şəxs kimi uçota alınanların bütün uçotda olan sığortaedənlərin 22,9 faizini təşkil etməsinə baxmayaraq, Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 97,6 faizini onlar təmin edirlər. Sığortaolunanların da böyük əksəriyyəti hüquqi şəxslər tərəfindən sosial sığorta sistemində uçota alınmışlar.

Məcburi dövlət sosial sığorta haqları üzrə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin əsas hissəsi işəgötürənlər tərəfindən təmin edilir. Qanunvericiliyə uyğun olaraq hazırda bütün işəgötürənlər hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi miqdarında, işçilər isə hesablanmış əmək haqqının 3 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.

İşəgötürən kimi fəaliyyət göstərən sığortaedənlər və işçilər üçün məcburi dövlət sosial sığorta haqqı dərəcəsi 1992-ci ildə tətbiq olunan 41 faizdən 16 bənd aşağı salınaraq hazırda 25 faizə endirilmişdir. Lakin məcburi dövlət sosial sığorta haqqı dərəcəsində əhəmiyyətli səviyyədə azalmaya baxmayaraq bu dövr ərzində sosial sığorta haqqı üzrə daxilolmalar sürətlə artmışdır.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar keçən dövr ərzində əhəmiyyətli dərəcədə artmışdır. Əgər bu kateqoriyadan olan şəxslərdən 2004-cü ildə 2,1 milyon manat məbləğində məcburi dövlət sosial sığorta haqqı toplanırdısa, 2012-ci ildə bu göstərici 38,1 milyon manata yaxın olmuşdur. Son 8 il ərzində bu daxilolmalar 18,1 dəfə artmışdır.

Fəaliyyətə başlamasından ötən 20 il ərzində Dövlət Sosial Müdafiə Fondunun əhaliyə ödənişlər üzrə xərcləri müqayisə olunmayan səviyyədə artmışdır. Bir faktı qeyd etmək kifayətdir ki, 2012-ci ildə əhaliyə ödənişlər üzrə xərclər 1992-ci ilə nisbətən 8 min dəfə artmışdır. 1992-ci ildə əhaliyə pensiya və müavinətlər üzrə ödənişlər əhalinin gəlirlərinin 2 faizini təşkil etdiyi halda, 2012-ci ildə bu göstərici 6,9 faiz olmuşdur. 2012-ci ildə pensiya xərcləri 1992-ci ilə nisbətən 6,7 min dəfə artmışdır. Pensiyanın orta aylıq məbləği isə 89,4 dəfə artmışdır.

Dövlət Sosial Müdafiə Fondunun büdcəsi ilk dəfə müstəqil olaraq “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2000-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 1999-cu il 27 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. 2000-ci ildə büdcə gəlirlərinin 61,6 faizinin məcburi dövlət sosial sığorta haqları hesabına, 38,4 faizini isə dövlət büdcəsindən ayırmalar hesabına formalaşdırılması nəzərdə tutulurdu.

2013-cü ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 2692,7 milyon manat məbləğində təsdiq olunmuşdur ki, bu da 2000-ci ilə nisbətən demək olar ki, 10 dəfə çoxdur.

Artıq heç kim üçün sirr deyil ki, Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafının əsası və ümumi prinsipləri ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz Ümummilli Liderin müəyyən etdiyi və həyata keçirdiyi milli inkişaf strategiyası hazırkı nəticələrin bazasını təşkil edir. Bu strategiyanın icrasını yeni mərhələdə müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyev özünün uzaqgörən və məqsədyönlü iqtisadi siyasəti ilə dünya miqyasında qəbul edilən nəticələrə nail olmuşdur.

Azərbaycan iqtisadiyyatı bazar münasibətlərinin bütün prinsiplərini qəbul etsə də, sosial hədəflər daim diqqət mərkəzində olmuş və bu sahədə tarazlaşdırılmış siyasət yürüdülmüşdür.

İqtisadiyyatın inkişafının paralel olaraq sosial sferanın dayanıqlı inkişafı ilə müşayiət olunması sosialyönümlü milli iqtisadiyyatın formalaşmasının əsasını təşkil edir. Şübhəsiz, keçən dövr ərzində bu model təkmilləşmiş, inkişaf etmiş, bundan sonra da daim davam etdiriləcəkdir.

Bu baxımdan “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” xüsusi əhəmiyyət kəsb edir. Dövlət Proqramında 2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafının əsas məqsəd və vəzifələri, eləcə də əsas istiqamətləri müəyyən edilmişdir.

Sığorta-pensiya sisteminin dayanıqlı inkişafı davamlı xarakter alacağını təsdiq edən sənədlərdən biri də “Pensiya təminatı sisteminin islahatı Konsepsiyası layihəsinin hazırlanması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 noyabr tarixli Sərəncamıdır. Hazırlanacaq Konsepsiya uzunmüddətli dövrdə sosial prioritetlərini və istiqamətlərini, eləcə də pensiya təminatı sahəsində dövlət siyasətinin istiqamətlərini müəyyənləşdirəcəkdir.

İdris İsayev

Dövlət Sosial Müdafiə Fondunun

maliyyə-büdcə şöbəsinin müdiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır VİDEO

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır VİDEO

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir VİDEO

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir VİDEO

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb