“AZƏRBAYCANIN TORPAQ VƏ AQROKİMYA XƏRİTƏLƏRİ” ATLASI HAZIRLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Azərbaycanın torpaq və aqrokimya xəritələri” atlası hazırlanmışdır.
İnstitutdan bildirmişlər ki, yaxın vaxtlarda işıq üzü görəcək bu nəşrə ölkəmizin torpaq, ekologiya və aqrokimya xəritələri daxil edilmişdir.