AZƏRBAYCANIN TÜRKİYƏDƏKİ SƏFİRİ “YENİ MÜSAVAT” QƏZETİNİN MƏLUMATINI TƏKZİB EDİR
Azərbaycanın Türkiyədəki səfiri Məmməd Əliyev AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində “Yeni Müsavat” qəzetində verilmiş məlumatların əsassız və yalan olduğunu bildirərək demişdir ki, səfirliyimizin fəaliyyəti haqqında mütəmadi olaraq əsassız və yalan məlumat yaydığı, şəxsən mənim şərəf və ləyaqətimi alçaltdığı üçün Konstitusiyamızda nəzərdə tutulan vətəndaşlıq hüquqlarımdan istifadə edərək bu qəzeti məhkəməyə verdim. Məhkəmə iddiamı təmin etdi. Ancaq bu da qəzetə dərs olmadı. Qəzet yenə də yalanlar uydurub yaymaqda davam edir. Məhkəmə “Yeni Müsavat”a bu qəzetin yazdığı kimi, 400 milyon manat deyil, 200 milyon manat məbləğində cərimə kəsmişdir. Bu vəsait mənə deyil, Abşeron rayonunun Saray kəndindəki əlil uşaqlar üçün 7 nömrəli internat məktəbinə ödənilməlidir.
Təəssüf ki, məhkəmənin qərarı kağız üzərində qalmışdır. Redaksiya internat məktəbinə veriləcək vəsaiti hələ də ödəməyib. Başqasına şər-böhtan atmaqdansa, qanunlara hörmət etmək daha şərəfli işdir. Demokratiya anarxiya demək deyildir. Təəssüf ki, “Yeni Müsavat” qəzetinin rəhbərləri bunun fərqində deyildir. Bu isə həqiqətən çox ağrılı və düşündürücü bir haldır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]