Azərbaycanın U-18 komandası Avropa çempionatına qələbə ilə başlayıb
Bakı, 25 iyul, AZƏRTAC
On səkkiz yaşadək basketbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatına qələbə ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, San-Marinoda təşkil olunan Avropa çempionatının C divizionunda mübarizə aparan millimiz B qrupunda ilk görüşünə çıxıb. Lüksemburq seçməsi ilə qarşılaşan yığmamız oyundan 75:71 hesablı qələbə ilə ayrılıb.
Millimiz qrupda növbəti oyununu iyulun 26-da Cəbəllütariq komandasına qarşı keçirəcək.