Azərbaycanın üç güləşçisi dünya kuboku yarışında bürünc medal uğrunda mübarizə aparacaq
Bakı, 17 dekabr, AZƏRTAC
Azərbaycanın daha iki sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən fərdi dünya kuboku turnirində bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, təsəlliverici görüşlərdə Gitinoməhəmməd Hacıyev (70 kq) rumıniyalı George Bukura 8:0, Camaləddin Məhəmmədov (125 kq) isə argentinalı Katriel Murielə 10:0 hesabı ilə qalib gəliblər. Güləşçilərimiz bürünc medal uğrunda müvafiq olaraq Qırğızıstan təmsilçisi İslambek Orozbekov və Ayaal Lazarev ilə qarşılaşacaqlar.
Bundan əvvəl isə Hacımurad Məhəmmədsəidov (92 kq) bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. O, Türkiyə idmançısı Erhan Yaylacı ilə üz-üzə gələcək.
Qeyd edək ki, komandamızın aktivinə yunan-Roma güləşçilərimiz İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal yazdırıblar. Qadın güləşçilərdən Elis Manolova (65 kq) da bürünc medala sahib olub. Fərdi dünya kubokuna dekabrın 18-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]