AZƏRBAYCANIN UKRAYNADAKI SƏFİRLİYİ SİMFEROPOL MƏHKƏMƏSİNİN QƏRARINDAN TƏƏCCÜBLƏNMİŞDİR
Səfir xatırlatmışdır ki, sabiq parlament sədri R. Quliyev ABŞ-da siyasi qaçqın statusu almazdan əvvəl Azərbaycanın təqdimatı əsasında İnterpol tərəfindən axtarılırdı. Elə onda R. Quliyev üçün İnterpolun “qırmızı kartı” açılmışdı. Diplomat demişdir: “Hesab edirəm ki, burada hansısa dolayı variantlar olmuşdur”.
T.Əliyev Azərbaycan nümayəndələrinin məhkəmə dinləmələrinə lazımınca hazırlaşmadıqları və hansısa sənədlərin olmadığı barədə bəyanatlarla da razı deyildir. Diplomat demişdir: “Biz bütün sənədləri, hətta, müvafiq beynəlxalq konvensiyanın şərhlərini təqdim etmişdik”. O, Quliyevin oktyabrın 17-də, Londondan yola düşməzdən əvvəl həbsə alınmamasını ya ikili standartlar siyasəti ilə, ya da yerli hüquq mühafizə orqanlarının diqqətsizliyi ilə izah edir.
Səfirin fikrincə, Rəsul Quliyevlə bağlı hadisələr strateji xarakter daşıyan Ukrayna-Azərbaycan münasibətlərinə təsir göstərməyəcəkdir.
AZƏRTAC-ın Kiyevdən aldığı xəbərə görə oktyabrın 21-də R.Quliyev gözlənilmədən Ukrayna paytaxtından Londona yola düşmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:19]
Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb
- 06.10.2026 [16:09]
Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib
- 06.10.2026 [16:07]
Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb
- 06.10.2026 [16:03]
Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub
- 06.10.2026 [14:40]
Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib
- 06.10.2026 [13:50]