AZƏRBAYCANIN VƏ GÜRCÜSTANIN TƏHSİL NAZİRLƏRİ BALAKƏN, ZAQATALA VƏ QAX RAYONLARINDA OLMUŞLAR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, səfər çərçivəsində nazirlər bu bölgədə yaşayan milli azlıqların - gürcülərin və ingiloyların oxuduqları ümumtəhsil müəssisələrinə baş çəkmiş, Balakən rayonunun İtitala kəndinin, Zaqatala rayonunun Əliabad qəsəbəsinin məktəblərində və Qax şəhərinin
2 saylı beynəlmiləl orta məktəbində pedaqoji kollektivlərlə görüşlər keçirmiş, onların problemləri ilə maraqlanmış, məktəblərdəki təhsil şəraiti ilə yaxından tanış olmuşlar. Qonaqlar bu rayonların 12 ümumtəhsil məktəbinə Gürcüstan dövlətinin hədiyyəsini - gürcü dilində 14369 dərslik və əyani vəsaitlər təqdim etmişlər.
Təhsil nazirləri və digər qonaqlar çıxış edərək hər iki ölkənin prezidentlərinin pəsmi görüşlərindən sonra Azərbaycan-Gürcüstan münasibətlərində yeni mərhələnin başlandığını, bütün sahələr üzrə
əlaqələrin, əməkdaşlığın daha da genişləndiyini xüsusi vurğulamışlar.