AZƏRBAYCANIN VƏ QVATEMALANIN XARİCİ İŞLƏR NAZİRLİKLƏRİ ARASINDA ƏMƏKDAŞLIQ HAQQINDA PROTOKOL İMZALANMIŞDIR
Görüşün sonunda Azərbaycanın və Qvatemalanın xarici işlər nazirlikəri arasında əməkdaşlıq haqqında protokol imzalanmışdır.
Xatırladaq ki, ölkələrimiz arasında diplomatik əlaqələr 1994-cü ilin noyabr ayında qurulmuşdur.
X X X
Xarici işlər naziri Elmar Məmmədyarov həmin gün ölkəmizin BMT-dəki daimi nümayəndəliyində ABŞ-ın yəhudi icması təşkilatlarının üzvləri ilə görüşmüşdür. Söhbət zamanı ABŞ-Azərbaycan münasibətləri, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair danışıqların hazırkı mərhələsi, bölgəmizdə vəziyyət diqqət mərkəzində olmuşdur. Elmar Məmmədyarov vurğulamışdır ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri və planlaşdırılan Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolu layihələri bölgəni əhəmiyyətli dərəcədə dəyişdirəcəkdir. Nazir ABŞ Konqresində Azərbaycanla bağlı məsələlərdə Amerikanın yəhudi icmasının daha böyük dəstəyinə ümid bəslədiyini bildirmişdir.
Amerikanın yəhudi icması təşkilatlarının nümayəndələri Azərbaycana səfərləri zamanı ölkəmizdə şahid olduqları dini və mədəni tolerantlığı məmnunluqla vurğulamışlar. Elmar Məmmədyarov bildirmişdir ki, daim dini və mədəni tolerantlıq movqeyindən çıxış edən Azərbaycan gələn il Bakıda bu mövzuda beynəlxalq konfrans təşkil etmək niyyətindədir.
Görüşdə Amerikanın Yəhudi Komitəsi, Amerikanın Əsas Yəhudi Təşkilatlarının Prezidentlərinin Konfransı və digər yəhudi təşkilatlarının nümayəndələri iştirak etmişlər.