AZƏRBAYCANIN VERGİ SİSTEMİNDƏ APARILAN İSLAHATLARI DÜNYA BANKI YÜKSƏK QİYMƏTLƏNDİRİR
Dekabrın 22-də vergilər naziri Fazil Məmmədov Dünya Bankının Azərbaycanda səfərdə olan missiyasının rəhbəri Kristian Peterson və Beynəlxalq Valyuta Fondunun /BVF\ Azərbaycandakı nümayəndəsi Maykl Mered ilə görüşmüşdür.
Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə əsasən ötən ilin sonunda “Vergi Məcəlləsi”nə edilmiş dəyişikliklər, vergi sistemində aparılan islahatlar, həmçinin beynəlxalq maliyyə təşkilatları ilə Azərbaycan höküməti arasında razılaşdırılmalı məsələlər barədə aparılan danışıqlar müzakirə olunmuşdur.
Dünya Bankının nümayəndəsi Kristian Peterson vergi sistemində aparılan islahatların və dəyişikliklərin müsbət qarşılandığını, bu sahədə son illər xeyli irəliləyişlərin olduğunu qeyd etməklə yanaşı, vergi sisteminin informasiya şəbəkəsinin genişləndirilməsi ilə bağlı bir sıra tövsiyələr vermişdir.
Görüşdə həmçinin, vahid büdcə zərfinin hazırlanması, mənfəət vergisinin diferensiallaşdırılması ilə bağlı monitorinqin keçirilməsi barədə fikir mübadiləsi aparılmışdır. Vergilər naziri Fazil Məmmədov bu dəyişikliklər nəticəsində vergilərin yığılması sahəsində problemlər yaranmayacağını qeyd etmiş və artıq bu sahəyə nəzarət mexanizminin işlənməsi məqsədilə bir sıra əmrlərin verildiyini, yeni qaydaların hazırlandığını bildirmişdir. Həmin sənədlər dəsti Dünya Bankının nümayəndəsinə təqdim edilmişdir.
Bundan başqa, görüşdə cari ilin büdcə daxilolmaları və bir sıra iri vergi ödəyicilərinin büdcə ödəmələri ilə bağlı məsələlər də müzakirə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:30]
İqtisadiyyata kredit qoyuluşları 12 faizdən çox artıb
- 10.08.2026 [17:24]
Yeddi ayda Bakı Limanında 72 min TEU-dan çox konteyner aşırılıb
- 10.08.2026 [17:19]
Sənaye sektorunda 38,9 milyard manatlıq məhsul istehsal edilib
- 10.08.2026 [17:18]
Paytaxtda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib
- 10.08.2026 [17:16]
Fiziki şəxslərin banklardakı əmanətləri 15,5 faiz artıb
- 10.08.2026 [16:52]
Kənd təsərrüfatı məhsullarının istehsalı 2,8 faiz artıb
- 10.08.2026 [16:44]