Azərbaycanın voleybol millisi beynəlxalq turnirə yollanıb
Bakı, 4 dekabr, AZƏRTAC
18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan yığması Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək.
Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, milli komanda bu gün yarışın keçiriləcəyi Gürcüstanın Telavi şəhərinə yola düşüb.
Cəlil Baxtiozinin rəhbərlik etdiyi komanda Polşa, Ukrayna, Latviya, Estoniya və ev sahibi Gürcüstan kollektivləri ilə üz-üzə gələcək. Yığma ilk matçını dekabrın 5-də Polşa kollektivinə qarşı keçirəcək.
“AVRO-2024”ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
Qeyd edək ki, Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı dekabrın 5-dən 9-dək təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]