Azərbaycanın xarici işlər naziri NATO-nun Belçikada keçiriləcək iclasında iştirak edəcək
Bakı, 19 may, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 20-də Brüsseldə keçiriləcək NATO-nun Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Belçikaya səfər edəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.