AZƏRBAYCANIN YEDDİ DƏRİ USTASI BEYNƏLXALQ TURNİRİN QALİBİ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycan boksunun banisi, əməkdar idman ustası və əməkdar məşqçi Abbas Ağalarovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir dekabrın 8-də başa çatmışdır.
Turnirdə Azərbaycan, Ukrayna, Gürcüstan, İngiltərə, Uels və Serbiyanı təmsil edən 10 çəki üzrə 70-dək boksçu mübarizə aparmışdır.
Final oyunlarında Uayt Robert (İngiltərə)-Tural Əmirov (Azərbaycan), Elvin Məmişzadə (Azərbaycan)-İvan Kabançuk (Ukrayna), Tornike Kortikadze (Gürcüstan)-Bəxtiyar Nadirov (Azərbaycan), Qreyk Evans (Uels)-Elvin Əliyev (Azərbaycan), Raset Cəbrayılov (Ukrayna)-Qismət Abdullayev (Azərbaycan), Doçer Doyev (İngiltərə)-Samir Cəfərov (Azərbaycan), Vüqar Kərimov (Azərbaycan)-Fərid Mövsümov (Azərbaycan), Toğrul Dəmirov (Azərbaycan)- Aleksandr Spirko (Serbiya), Xəyal Muradov (Azərbaycan)-Valid Tağıyev (Azərbaycan) və Aleksandr Trifonov (Ukrayna)-Rəşad Abdullayev (Azərbaycan) qarşılaşmışlar.
Daha yaxşı oyun və yüksək texnika nümayiş etdirən U.Robert, E.Məmişzadə, B.Nadirov, E.Əliyev, Q.Abdullayev, D.Doyev, F.Mövsümov, A.Spirko, X.Muradov və R.Abdullayev son görüşlərini də qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Qaliblərə kubok və medallarla yanaşı, diplom və qiymətli hədiyyələr də təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]