Azərbaycanın yunan-Roma güləşçisi beynəlxalq reytinq cədvəlində liderliyini davam etdirir
Bakı, 8 fevral, AZƏRTAC
Dünya Güləş Birliyi (DGB) 2016-cı ilin yanvarında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, yunan-Roma güləşi üzrə reytinq siyahısında ötən ay yer alan 12 güləşçimizin mövqeyində dəyişiklik baş verməyib. Avropa Oyunlarının qızıl medalçısı, Las-Veqasda keçirilən dünya çempionluğuna yiyələnən Rəsul Çunayev (71 kq) reytinqdəki liderliyini saxlayıb. Mövqeyini dəyişməyən daha bir güləşçimiz son dünya çempionatının gümüş medalçısı Rövşən Bayramov (59 kq) olub. O reytinqdə ikinci sıradadır. Öz çəkisində reytinqin ikincisi olan digər bir güləşçimiz isə Saman Təhmasibidir (85 kq). Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran-pri beynəlxalq turnirinin final mərhələsinin qalibi olan Sabah Şəriəti (130 kq, 4-cü yer) də reytinqdəki mövqeyini saxlayıb.
Bundan başqa, daha 4 yunan-Roma güləşçimiz ilk onluqda mövqelərini qoruyub. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran-Pri beynəlxalq turnirinin final mərhələsinin mükafatçıları Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq) 6-cı, Həsən Əliyev (66 kq) 9-cu, İslam Abbasov (85 kq) isə 10-cu sıradadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]