Azərbaycanın yunan-Roma və qadın güləşçiləri Parisə yollanıblar
Bakı, 2 avqust, AZƏRTAC
“Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycanın güləş üzrə komandasının yarısı bu gün Fransaya yollanıb.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kiloqram), Həsrət Cəfərov (67 kiloqram), Sənan Süleymanov (77 kiloqram), Rafiq Hüseynov (87 kiloqram) və Sabah Şəriəti (130 kiloqram), eləcə də qadın güləşçimiz Mariya Stadnik (50 kiloqram) Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Parisə yola düşüblər.
Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən yolasalma mərasimində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, digər güləşçilərimiz və olimpiyaçıların yaxınları iştirak ediblər.
Avqustun 5-də Murad Məmmədov ilə Sabah Şəriəti, növbəti gün Sənan Süleymanov və Mariya Stadnik, Həsrət Cəfərovla Rafiq Hüseynov isə avqustun 7-də mübarizəyə başlayacaqlar.
Qeyd edək ki, olimpiadanın son günlərində çıxış edəcək sərbəst güləşçilərimiz avqustun 6-da Parisə yollanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]