Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycanla BƏƏ fövqəladə halların idarə edilməsi üzrə əlaqələri genişləndirir

Bakı, 30 may, AZƏRTAC

Mayın 30-da Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Birləşmiş Ərəb Əmirliklərinin Fövqəladə Hallar, Böhranlar və Fəlakətlərin İdarəedilməsi Milli Qurumunun (NCEMA) Baş direktorunun müavini Məhəmməd Rəhma Saif Əlşəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov FHN tərəfindən təbii və texnogen xarakterli fövqəladə hallarla mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Bu çərçivədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 gün ərzində Azərbaycanın şanlı Ordusu tərəfindən Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı dədə-baba torpaqlarımızın azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu qürur hissi ilə qeyd edən nazir FHN-in qüvvələri tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyəti barədə də danışıb.

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında sıx əməkdaşlıq münasibətlərini qeyd edən nazir iki ölkənin fövqəladə hallarla mübarizə üzrə müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğulayıb. K.Heydərov Azərbaycan Respublikasının FHN və Birləşmiş Ərəb Əmirliklərinin Fövqəladə Hallar, Böhranlar və Fəlakətlərin İdarəedilməsi Milli Qurumu arasında imzalanmış Fövqəladə halların idarə olunması sahəsində Anlaşma Memorandumunun münasibətlərin inkişafına mühüm töhfə verdiyini xatırladıb, yüksəkixtisaslı mütəxəssislərin hazırlanması, təlim və ixtisasartırma kurslarının, treninq, seminar və elmi konfransların keçirilməsi üzrə Azərbaycan FHN-in Akademiyası ilə Birləşmiş Ərəb Əmirliklərinin aidiyyəti dövlət qurumları və tədris müəssisələri arasında əməkdaşlığın formalaşdırılmasının əhəmiyyətinə toxunub.

Səmimi görüşə görə təşəkkür edən Birləşmiş Ərəb Əmirliklərinin Fövqəladə Hallar, Böhranlar və Fəlakətlərin İdarəedilməsi Milli Qurumunun (NCEMA) Baş direktorunun müavini Məhəmməd Rəhma Saif Əlşəmsi Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb. O, ölkələrimiz arasında mövcud yüksək səviyyəli əməkdaşlıq münasibətləri çərçivəsində fövqəladə halların idarə edilməsi üzrə uyğun qurumların əlaqələrinin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Qonaq Azərbaycan FHN-in istər ölkədaxili, istərsə də xarici ölkələrdə baş vermiş fövqəladə hallarla mübarizədə fəaliyyətinin yüksək qiymətləndirildiyini, bu təcrübədən yararlanmaq üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə edilib.

Sonra qonaqlar FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalı və İctimaiyyətlə əlaqə idarəsinin Multimedia mərkəzinin fəaliyyəti ilə yerində tanış olublar.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Paytaxt məktəblərində monitorinqlər aparılır

Bakıda “Yeni media mühitində təhsil və məşğulluq imkanları” adlı konfrans keçirilir

Bakı Ali Neft Məktəbinin yaradılmasından 12 il ötür

Yeni islahatlar hərbi qulluqçuların potensialından daha uzun müddət və səmərəli istifadə edilməsinə xidmət edir

İƏT-ə üzv dövlətlərdə idmanın inkişafı məsələləri müzakirə edilib

Laçında fəaliyyətə başlayan “Lacınema”da “Molde” – “Qarabağ” oyunu canlı yayımlanacaq VİDEO

Bu gün Xalq rəssamı Tahir Salahovun anadan olmasından 95 il ötür

Bakı metrosunda əlil arabaları daha iki yeni tip qurğu ilə daşınacaq

“Brent” neftinin qiyməti azalıb

İstehlaka yararsız dondurma məhsullarının satışının qarşısı alınıb

İcma: Ermənistanın UNESCO missiyasını qəbul etməməsi Beynəlxalq Ədalət Məhkəməsinin qərarının kobud şəkildə pozulmasıdır

Respublika fənn olimpiadalarında iştirak etmək istəyənlərin nəzərinə

FHN yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırıb VİDEO

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Ağstafada saxta içkilər istehsal edən müəssisə aşkarlanıb

Azərbaycan nefti bahalaşıb

Zəngilanda partlayıcı vasitələr aşkarlanıb

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb - SİYAHI

Zaqatalada nəvəsi tərəfindən bıçaqlanan baba xəstəxanada ölüb

Beynəlxalq axtarışda olan şəxs Livanda tutularaq Azərbaycana ekstradisiya edilib

Laçın sakini: Otuz ildən sonra doğma yerlərə qayıtmaq çox gözəl hisslərdir

Azərbaycanlı deputatlar Meksika ştatlarının yerli konqreslərində görüşlər keçiriblər

Azyaşlı sakin: Atam Laçından köçəndə mənim indiki yaşımda olub

Keçmiş məcburi köçkün: Laçına qayıtdığım üçün çox həyəcanlı və sevincliyəm

Laçının daha 63 sakini doğma yurda yola salındı

Avropada yüz minlərlə ton qəhvə və kakao məhv edilə bilər

Girne şəhərindəki məktəbdə Azərbaycan Günü təşkil edilib

Finlandiya hökuməti Rusiya ilə sərhədi iki həftəlik tam bağlamaq qərarına gəlib

Pentaqon Şimali Koreya tərəfindən buraxılan peykin orbitə çıxarıldığını etiraf edib

COP28: Təbii fəlakətdən zərər çəkmiş ölkələrlə bağlı səmərəli yardım mexanizmləri qəbul edilməlidir

G7 HƏMAS-ı bütün girovları ilkin şərt olmadan azad etməyə çağırıb

Beynəlxalq Muğam Mərkəzində “İncə sənət” adlı proqram təqdim edilib

Diaspor fəalı Fransa kanalında Azərbaycan həqiqətlərini diqqətə çatdırıb

“Save the Children”: Sudan dünyada ən böyük köçkün uşaqlar böhranı ilə üzləşib

Xızı polisi 7 ədəd sənədsiz silahı təhvil götürüb

Qəzza zolağından azad edilən girovların beşinci qrupu İsrail ərazisinə gəlib

Qətər XİN: İsrail daha 30 fələstinli məhbusu azad edəcək

Göygöldə minik avtomobili aşıb, xəsarət alanlar var VİDEO

HƏMAS İlon Maskı Qəzza zolağına dəvət edib

Azərbaycan və Gürcüstan universitetləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Şəkidəki obyektlərdən birinə ov tüfəngi ilə atəş açılıb

Ödənişli yolun Xaçmaz rayonundan keçən hissəsində qəza: ölənlər var VİDEO

Şirvanda regional konfrans: “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər”

Aşqabadda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərgi açılıb

Kəngərlidə bələdiyyələr üçün seminar təşkil edilib

Bakıda Orta Dəhliz üzrə tarif siyasəti müzakirə olunub

Quş qripi Argentinada iki yüzdən çox flaminqonun məhvinə səbəb olub

Serbiya Prezidenti Azərbaycan şirkətinin layihələndirdiyi yolun təməlqoyma mərasimində iştirak edib

Sankt-Peterburqda “Leninqradın qəhrəmanları: Vətənin müdafiə olunmasında azərbaycanlıların şücaəti” adlı tədbir keçirilib

Zaqatalada nəvə babasına bıçaqla xəsarət yetirib

Ərdoğan ilə Quterreş arasında telefon danışığı olub

“Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı müzakirə edilib

Pekində dünyada ilk dəfə tədarük zənciri sərgisi işə başlayıb

Qlobal incəsənət bazarları: yerli incəsənət nümayəndələri üçün mövcud trendlər və imkanlar

Çində kömür şaxtasındakı qəzada 11 nəfər ölüb

Azərbaycan BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının sessiyasında təmsil olunur

Aygün Əliyeva: Azərbaycan və Özbəkistan QHT-lərinin bir-birini dəstəkləməsi vacibdir

SOCAR-ın Türkmənistandakı nümayəndəliyinin açılışı olub

Bank kartlarından oğurluq edən şəxs saxlanılıb

ABŞ-ın addımları “Siyasətdə əbədi dost yox, maraqlar olur” tezisinin mövcudluğunu bir daha təsdiqləyir– RƏY

SOCAR Özbəkistanda kimyəvi maddələrin və qazma mayelərinin istehsalını həyata keçirəcək

® Dent 360 International

Elm və Təhsil Nazirliyi “Effektiv kommunikasiya” mövzusunda seminar-təlim keçirib

Hakan Fidan NATO-nun Baş katibi və ABŞ-ın Dövlət katibi ilə görüşüb

Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində avtobusların hərəkəti dəyişdirilib

Azərbaycan dələduzluğa görə həbs olunan üç nəfəri Özbəkistana təhvil verib

Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçısı müəyyənləşib

Türkiyəli mütəxəssislər Azərbaycan təcrübəsini öyrənməkdə maraqlıdırlar

Futbol üzrə U-17 dünya çempionatında finalçılar bəlli olub

AQTA uyğunsuzluqlar aşkar edilmiş üç ictimai-iaşə müəssisəsində yenidən yoxlamalar keçirdi VİDEO

Kamoliddin İşanxojayev: Gələn il ölkəmizdə Özbəkistan və Azərbaycan QHT-lərinin əməkdaşlıq forumu keçiriləcək

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının 3 illik fəaliyyətinin yekunlarına həsr olunmuş iclası keçirilib

“Azərbaycan dövlətçilik tarixində görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin xidmətləri” adlı kitabın təqdimatı olub

Fudokançılar Azərbaycan çempionatında güclərini sınayacaqlar

“Multikultural cəmiyyətdə kitabxanaların rolu” mövzusunda I beynəlxalq elmi konfrans keçirilir

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Qəzza sektorunda humanitar atəşkəs iki gün uzadıla bilər

Milli Məclis Ermənistan parlamentinin spikerinin son açıqlamasına münasibət bildirib

Yağıntılı hava şəraiti havanın keyfiyyətini əlverişli edib

Azərbaycan Türkiyənin TDT ölkələrinə olan ixracatında ən çox pay sahibidir

Rusiyada COVID-19 virusuna yoluxma həftə ərzində 32,8 faiz artıb

ADMİU-nun 100 illik yubileyinə həsr olunmuş sərgi - Yüz ilin rəngləri YENİLƏNİB

Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

AFFA rəsmiləri danışılmış oyunlarla mübarizəyə həsr olunan beynəlxalq tədbirdə iştirak edirlər

Fövqəladə Hallar Könüllülərinin təqdimat mərasimi keçirilib

Türkmənistan və Azərbaycan ikitərəfli əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

"Muğanbank"ın əmanətçilərinə 65 milyon manat kompensasiya ödənilib

FHN: Nəsimi rayonunda ticarət mərkəzində yanğın olub

İcma: Ermənistan Azərbaycanın 8 kəndini işğal altında saxlamasını hələ də ört-basdır etməyə çalışır

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

Sertaç Eray Ersay: Türkiyə yaradıcı sənaye təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır

Praqa Avropanı artan dini dözümsüzlük barədə xəbərdar edir

İqtisadiyyat nazirinin müavini Siyəzəndə vətəndaşlarla görüşüb

® “OBA” noyabr ayı ərzində sıralarını genişləndirib – STATİSTİKA

Səhiyyə Nazirliyi: Cari ildə 284 qızılcaya yoluxma hadisəsi qeydə alınıb

Azərbaycan Kuboku: “Səbail” darmadağınla 1/8 finala yüksəlib

“Heydər Əliyev dərsləri” çərçivəsində seminarlar davam edir

“Dizayn dediyin belə olar!” – peşəkarlarla tələbələrin görüşü

Komitə sədri: Sus sakinlərinin ehtiyaclarının qiymətləndirilməsi üçün sorğu keçirilir

Şirvan Ürək Mərkəzində ilk dəfə koronar damar daxili təzyiqin ölçülməsi əməliyyatı həyata keçirilib