AZƏRBAYCANLA İRAN ARASINDA ENERGETİKA ƏLAQƏLƏRİ GENİŞLƏNİR
Bakıda keçirilmiş MDB Elektroenergetika Şurasının 26-cı iclasında iştirak edən İran İslam Respublikası energetika nazirinin müavini Məhəmmədrza Əhmədian AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, yaxın zamanlarda Azərbaycanla İran arasında enerji mübadiləsi 700 meqavatadək artacaqdır. İranın “Sədarət” İnkişaf Bankı tərəfindən maliyyələşdiriləcək bu layihənin məbləği 75 milyon ABŞ dollarıdır. Uzunluğu 160 kilometr olan 330 kilovat gərginlikli ikinci Azərbaycan DRES-İmişli-Parsabad elektrik verilişi xəttinin çəkilişi ölkələrimiz arasında ikinci enerji dairəsi yaratmağa, sistemin etibarlılığını yüksəltməyə imkan verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:31]
“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
- 05.10.2026 [12:09]
Avro son 17 ayın ən aşağı səviyyəsinə enib
- 05.10.2026 [11:59]