AZƏRBAYCANLA TÜRKİYƏ ARASINDA ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Türkiyənin nəqliyyat və rabitə naziri Binalı Yıldırımla görüşmüşdür.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə strateji tərəfdaşlıq sahəsində görülən və beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Türkiyə əməkdaşlığı yüksək qiymətləndirilmişdir.
Görüş İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin Tunis mərhələsi çərçivəsində keçirilmişdir.