AZƏRBAYCANLI ALİM RUSİYA AKADEMİYASINA ÜZV SEÇİLMİŞDİR
Azərbaycanlı alim bu yüksək elmi ada bioetika və insan hüquqları elmlərinin təbliği sahəsində əldə etdiyi yüksək uğurlara görə layiq görülmüşdür. Rövşən Mustafayev Azərbaycan Respublikası Bioetika, Elmi biliklərin və texnologiyaların etikası üzrə milli Komitənin sədr müavini kimi dəfələrlə müxtəlif tədbirlərdə, o cümlədən YUNESKO-nun təşəbbüsü ilə keçirilən beynəlxalq konfranslarda çıxış edərək, təbiət elmləri ilə etik problemlərin vəhdətini tənzimləyən yeni elm sahəsinin inkişaf perspektivləri və proqnozlar, bu istiqamətdə respublikamızda aparılan tədqiqatların nəticələri barədə danışmışdır. O, eyni zamanda, bioetika haqqında bir sıra elmi əsərlərin müəllifidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]