AZƏRBAYCANLI DEPUTAT AŞPA-NIN MƏRUZƏÇİSİ TƏYİN EDİLMİŞDİR
AZƏRTAC-ın xəbər verdiyi kimi, Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov quruma “Avropa jurnalistika universiteti” adlı sənəd təqdim etmişdi. Həmin sənəddə Strasburqda Avropa Jurnalistika Universitetinin yaradılması, gənc jurnalistlərin buraya dəvət olunması və onlara Avropanın, eləcə də dünyanın tanınmış reportyorları, jurnalistləri və siyasi xadimlərinin mühazirələr oxuması və digər məsələlər öz əksini tapmışdı. AŞPA Bürosunun dekabrın 2-də keçirilmiş iclasında mövzu ilə bağlı müzakirələrdə bu ideya bəyənilmiş və müvafiq komitəyə bu məsələnin gündəliyə salınmasını və məruzəçinin təyin olunmasını həvalə etmişdir. Komitə məsələnin AŞPA-nın qış sessiyasının gündəliyinə salınması barədə qərar çıxarmış, Böyük Britaniya və Türkiyə nümayəndələrinin təklifi ilə Rafael Hüseynovu məruzəçi təyin etmişdir.
Yanvar ayının ikinci ongünlüyündə, AŞPA-nın qış sessiyasından əvvəl komitənin Meksikanın paytaxtı Mexikoda keçiriləcək iclasında məruzə ilə bağlı ilk məlumat dinləniləcəkdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]