Azərbaycanlı deputat Qlobal Koalisiyaya həmsədr seçilib
Bakı, 28 yanvar, AZƏRTAC
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva Qlobal Vərəm Koalisiyasının Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə növbəti 4 il üçün həmsədri seçilib.
AZƏRTAC xəbər verir ki, Koalisiyanın rəhbərliyi sözügedən təyinatı təsdiq edib.
Şərqi Avropa və Mərkəzi Asiya regionuna Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan daxildir.
Qlobal Vərəm Koalisiyası parlamentarilərin vərəmlə mübarizə üzrə beynəlxalq platformasıdır və 161 ölkədən 3 mindən çox parlamentarini bir araya gətirərək vərəmin aradan qaldırılmasında deputatların fəal rolunu təşviq edir. Təmsil olunan parlamentarilər ölkə parlamentlərinin səhiyyə komissiyalarının üzvləridir.
Həmsədrlik isə ictimai əsaslarla olan vəzifədir və parlamentarinin vəzifədə olduğu müddətlə müəyyən olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:59]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:27]
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib
- 10.06.2026 [17:25]